AMİP-çilər “Avronest”in Komitə sədri ilə görüşdülər

amip-ciler-avronestin-komite-sedri-ile-gorusduler
Oxunma sayı: 634

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə AMİP-çi gənclər təşkilatın fəaliyyəti və qarşıda duran vəzifələr barədə geniş məlumat verməklə yanaşı, Azərbaycan gəncliyinin bir sıra vacib problemlərlə üz-üzə qaldığını qonağın diqqətinə çatdırıblar. Qeyd olunub ki, iqtidarın gənclərlə bağlı yürütdüyü siyasətin yanlışlığı ucbatından gənclər öz potensiallarını və enerjilərini, bilik və imkanlarını düzgün istiqamətə yönəldə bilmirlər. Amma bununla belə gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında aktiv rol oynayır, demokratik, hüquqi cəmiyyətin qurulması istiqamətində aparılan mübarizədə ön sırada dayanmaqdadırlar.

Günnar Hökmark öz növbəsində Azərbaycan gəncliyinin fəal tərkib hissəsi kimi AMİP-çi gənclərin üzərilərinə götürdüyü missiyanı və ali dəyərlərə bağlılığını yüksək qiymətləndirərək, onların tezliklə öz məqsədlərinə qovuşacaqlarına inamını ifadə edib.
Gənclərin gücünə hər zaman güvəndiyini deyən cənab G.Hökmark təmsil olunduğu qurumun hər zaman gənclərin yanında olduğunu və bundan sonra da dəstəyini əsirgəməyəcəklərini bildirib.