AMİP İctimai Palatadan çıxmayıb

amip-ictimai-palatadan-cixmayib
Oxunma sayı: 672


“Qafqazinfo”nun məlumatına görə, Y.Bağırzadə AMİP nümayəndə heyətinin İsveçə səfərinin hakim Moderat partiyasının dəvəti ilə baş tutduğunu, bu səfərin çox səviyyəli və məsuldar olduğunu vurğuladı. Partiya sədri bildirdi ki, AMİP rəhbərliyinin ilk görüşü ATƏT-in Parlament Assambleyasının sabiq sədri, Dağlıq Qarabağ üzrə sabiq məruzəçi Qoran Lenmarkerlə olub: “Bu təsadüfi deyildi Azərbaycan torpaqlarının bir hissəsi 20 ilə yaxındır işğal altındadır. Münaqişənin həllinin prespektivi isə görünmür. Partiya olaraq biz Dağlıq Qarabağ prablemi ilə bağlı son parlament seçkilərindən öncə ictimayətin geniş müzakirəsinə çıxardığımız təkliflər paketini və mövqeyimizi Q. Lenmarkerin diqqətinə çatdırdıq. Keçmiş məruzəçi isə öz mövbəsində münaqişənin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü pirinsiplərinə uyğun həllinə tərəfdar olduğunu dedi.”

Hakim Maderat Partiyasının Baş Katibi Sofiya Arkelsten, Xarici Işlər Nazirinin müşaviri Olaf Ehrikona, Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Karin Enstrom, Parlamentin Avropa Birliyi Məsələləri üzrə Komissiyanın üzvü Qustav Bliks, Baş Nazirin İcra Aparatının rəhbəri Kristoffer Tomsonsla keçirilən görüşlərin əsas müzakirə predmetinin Azərbaycanda keçirilən son parlament seçkilərinin nətiçələrinin saxtalaşdırılması, ölkədəki siyasi durum, demokratikləşmə prosesi, demokratik təsisatların və azad medianın vəziyyəti barədə olduğunu”söyləyən AMİP sədri Y.Bağırzadə bildirdi:“İstər bu görüşlərdə, istərsə də digər təmaslarda Azərbaycan haqqında İsveçdə kifayət qədər məlumat var. Siyasi çevrələr ölkəmizdə baş verən hadisələrdən məlumatlıdırlar və onlar bu proseslərə çox diqqət və həssaslıqla yanaşırlar. Xüsusən də, seçkilərin saxtalaşdırılmasından, sivil dəyərlərin pozulmasından, siyasi və hüquqi azadlıqların məhdudlaşdırılmasından, mətbuata davamlı basqılardan narahatdırlar . Bu göruşlərdə adlarını çəkdiyimiz həmin yetkililər Azərbaycanın Avropaya inteqrasiyasına, hüquqi və demokratik cəmiyyətin qurulmasına İsveçın göstərdiyi dəstəyini bundan sonra da əsirgəməyəcəyini çatdırdılar.

Sonda AMİP sədri Y. Bağırzadə mətbuat konfransına qatılan media nümayəndələrini maraqlandiran sualları cavablandırdı və bir sıra məqamlara aydınlıq gətirdi. O, siyasi proseslərdən bir müddət kənar qaldığını səhhətində yaranmış problemlərlə əlaqələndirdi və bundan sonra daha fəal olacağını diqqətə çatdırdi. AMİP-in Ictimai Palatada fəaliyyətini bərpa edib-etməyəcəyi barədə mətbuatda gedən fikirlərə isə belə izah verdi:“Azərbaycan Milli İstiqlal Partiyası İctimai Palatadan çıxmayıb. AMİP İctimai Palatanın təsisçilərindən biridir və bu qurumda fəaliyyətini sadəcə dayandırıb. Ə.Orucovun mövqeyi partiyanın mövqeyidir və bu məsələ hazırda partiyanın gündəmindədir. Məsələnin yaxın dövrdə AMİP Siyasi Şurasında müzakirəyə çıxarılma ehtimalı da var”.