AMİP İctimai Palatanın mitinqi ilə bağlı qərar verdi

amip-ictimai-palatanin-mitinqi-ile-bagli-qerar-verdi
Oxunma sayı: 639

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda ölkədəki son ictimai-siyasi vəziyyət müzakirə olunub və geniş diskussiyalar aparılıb. Daha sonra İctimai Palatanın 8 aprel tarixinə elan etdiyi mitinqlə bağlı müzakirələr aparılıb. AMİP olaraq İctimai Palata tərəfindən keçiriləcək mitinqin müzakirəsində və qərar verilməsində iştirak etmədiyinə görə AMİP-in partiya olaraq deyil, üzvlərinin sərbəst şəkildə mitinqə qatılması barədə qərar qəbul olunub.

Daha sonra AMİP və Avropa Xalq Partiyası arasında aparılan danışıqlar və partiya rəhbərliyinin yaxın günlərdə Brüsselə səfəri ilə bağlı da fikir mübadiləsi aparılıb.

AMİP Siyasi Şurası həmçinin bir neçə müddət öncə “Texnikabank”ın “Yasamal” filialının müdir müavini Elnur Seyidovun həbsi ilə bağlı məsələni də müzakirə edərək bunun AXCP sədri Əli Kərimliyə qarşı siyasi təzyiq olduğunu bildirib və hakimiyyətdən bu cür hallara son qoyulmasını tələb edib.

AMİP Siyasi Şurası bir daha ölkədə mövcud olan problemlərin həlli yolunu hakimiyyətin müxalifətlə dialoq aparmasında görür və hakimiyyəti bu istiqamətdə konkret addımlar atmağa çağırır.