AMİP İlham Əliyevə müraciət etdi

amip-ilham-eliyeve-muraciet-etdi
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, müraciətdə bildirilib ki, 2 aprel məhbuslarının hələ də həbsdə olması ölkə üçün mühüm hadisə hesab olunan “Eurovision” yarışması öncəsi Azərbaycan beynəlxalq imicinə zərər vuran bir hadisədir: “Bunu haqlı tənqid edən insanlarla bərabər, Azərbaycana düşmən münasibəti olan qüvvələr də ölkə əleyhinə təbliğat üçün geniş istifadə edirlər. Bu isə Dağlıq Qarabağ problemi yaşayan və ətrafı düşmənlə əhatələnmiş bir ölkə üçün məqbul hal hesab olunmur. Qarşıdan gələn “28 May” öncəsi 2 aprel məhbuslarının ailələrinə qovuşması “28 May” müstəqillik gününə böyük önəm verilməsinə əyani sübut ola bilər. Bunları nəzərə alaraq AMİP Siyasi Şurası 1 ildən artıq həbsdə olan 2 aprel məhbuslarının azadlığa buraxılması üçün səlahiyyətlərinizdən istifadə etmənizi xahiş edir”.