“Anamın kişilərlə birlikdə olmasından utanıram”

anamin-kisilerle-birlikde-olmasindan-utaniram
Oxunma sayı: 717

“Qafqazinfo”nun türk mətbuatına istinadən verdiyi məlumata görə, milyonların heyran olduğu pop musiqisinin kraliçası Madonnaya bir tək qızı heyran deyil. 52 yaşındakı Madonnanın qızı Lourdes anasının eşq həyatından olduqca narazıdır. 10 aydır ki, 24 yaşındakı rəqsçi Brahim Zaibatla birlikdə olan popçu daha əvvəl 23 yaşındakı Jesus Luzla birlikdə idi. Lourdes isə yaxın ətrafına özünün yaşı irəlilədikcə anasının sevgililərinin yaşının kiçildiyini və bundan sıxıldığını bildirib.