Anar Lyubovu öldürdü - Kriminal xəbərlər

anar-lyubovu-oldurdu-kriminal-xeberler
Oxunma sayı: 806

Oktyabrın 10-da Şağan qəsəbəsində Bakı şəhər sakini Səlim Ağayev mübahisə zəminində Valeh Quliyevin bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarəti yetirdiyi üçün Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.


Oktyabrın 10-da Tbilisi prospektində Bakı şəhər sakinləri Anar Əlizadə idarə etdiyi «VAZ-21112» markalı avtomobillə Lyubov Qutsutsoyu vurmuş, sonuncu KTM-da ölmüşdür.


Oktyabrın 9-u saat 23 radələrində Salyan yolunda naməlum şəxs Çin vətəndaşı Vu Şu Yangın içərisində 100 manat dəyərində müxtəlif xırdavat malları olan səbəti əlindən alaraq soyğunçuluq etmişdir. Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Heydərov oktyabrın 10-da tutulmuşdur.


Oktyabrın 7-də Bakıxanov qəsəbəsi Fətəliyev küçəsində yerləşən İnternet klubda qəsəbə sakini Elsun Rzayevin noutbuku oğurlanmışdır. Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Emil Əliyev oktyabrın 10-da tutulmuşdur.