Anar Məmmədov iki media qurumuna təkzib verdirdi

anar-memmedov-iki-media-qurumuna-tekzib-verdirdi-
Oxunma sayı: 698

“Qafqazinfo” xəbər verir ki, 2012-ci il avqustun 2-si Yasamal rayon məhkəməsində keçirilən prosesə “Olaylar” İnformasiya Agentliyi iddiaçının tələbini icra edərək “Təkzib” başlığı altında Anar Məmmədovdan üzr istənilməsi barədə yazının dərc olunduğu "Olaylar" qəzetinin 21-30 iyul nömrəsini təqdim edib.

Bundan başqa “Bizim Yol” qəzeti tələbə əsasən 19.06.2012-ci il tarixdə “Təkzib” başlığı altında üzr istəyərək müvafiq məlumat dərc edib.

Qeyd edək ki, “Olaylar” İnformasiya Agentliyi və “Bizim Yol” qəzeti “Yevlax Avtovağzal” ASC ilə bağlı yazdıqları yanlış yazılarına görə üzr istəyiblər.