Anar Məmmədova məxsus şirkətin avtobusu qəza törətdi - Hakim öldü

anar-memmedova-mexsus-sirketin-avtobusu-qeza-toretdi-hakim-oldu
Oxunma sayı: 735

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, “Trans Qeyt” MMC şirkətinə məxsus, Sahil qəsəbə sakini Əhmədov Vüsal Hüseyn oğlunun idarə etdiyi 10 TF 541 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Abbasov Qasid Ziyad oğlunun idarə etdiyi “Hyundai SantaFe” markalı, 90 DN 045 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Abbasov Qasid Ziyad oğlu hadisə yerində ölüb.

Sərnişin, 1960-cı il təvəllüdlü Ağayev İlham Barat oğlu Q.Abbasovun həyat yoldaşı Abbasova Gülnarə Güləli qızı isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Lent.az-a bildiriblər ki, İlham Ağayev gecə saatlarında xəstəxanada ölüb.

Qeyd edək ki, Q.Abbasov Mehdiabad qəsəbəsinin icra nümayəndəsinin müavini, İ.Ağayev isə Xəzər rayon Məhkəməsinin sədridir.

***

Qeyd edək ki, Trans Qeyt MMC şirkətinin rəsmi sahibi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.