Anar Məmmədovun yeni vəzifəsi açıqlandı

anar-memmedovun-yeni-vezifesi-aciqlandi
Oxunma sayı: 1101

Holdinqdən “Qafqazinfo”ya verilən açıqlamaya görə, struktur dəyişikliklərinə əsasən ZQAN Holdinqin Direktorlar Şurası (DŞ) yaradılıb. Holdinqin prezidenti Anar Məmmədovun rəhbərlik edəcəyi Direktorlar Şurasının üzvləri Xəyal Şərifzadə, Ruslan Məmmədov, Emil Ələsgərov və Seymur İsmayıl təyin olunublar.

Səhmdarların ümumi yığıncağının digər qərarına əsasən “Qarant Sığorta” Şirkətinə rəhbərlik edən Vaqif Həsənov ZQAN Holdinqin İdarə Heyətinin sədri təyin edilib. ZQAN Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədov “Azərbaycan üçün “dəyər yaradan” şirkət olmağı hədəfləyirik” deyib. Bildirib ki, ZQAN Holdinq ZQAN Şirkətlər Qrupuna daxil olan inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, turizm, logistika, tikinti və daşınmaz əmlak sahələri üzrə şirkətin fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir. Holdinq fəaliyyətini korporativ idarəetmə, korporativ sosial məsuliyyət, ətraf mühitin qorunması, müştəri məmnuniyyətinin artırılması, insan resurslarının idarə edilməsi və peşəkar inkişafı sahələrində mövcud beynəlxalq standartlara uyğun quraraq, Azərbaycan üçün “dəyar yaradan” şirkət olmağı hədəfləyir.

Nigar Məmmədli