Anasını bıçaqlayan qız haqqında rəsmi açıqlama

anasini-bicaqlayan-qiz-haqqinda-resmi-aciqlama
Oxunma sayı: 942

İyulun 30-u saat 12 radələrində Qaraçuxur qəsəbəsi Kamunalnı küçəsində yaşayanlar Lumina Məmmədova anası Çevrov Kərim qızına çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdir. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, L.Məmmədova yaxalanıb.

İyulun 30-u saat 04:30 radələrində Y.Əliyev küçəsində yerləşən parkdan Bərdə rayon sakini Gəray Yusifovun qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətlərilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Bakı şəhər sakini Musa Yunusov yaxalanıb.

İyulun 30-u saat 10:30 radələrində «Neftçilər» metrostansiyasının yealtı keçidində Bakı şəhər sakinləri Dürdanə Həbibova Könül Musayevə məxsus köşkdən piştaxtanın üzərindən 105 manat oğurlamağa cəhd edərkən Bakı şəhər BPİ Metropolitendə PŞ əməkdaşları tərəfindən tutulub.

İyulun 29-u saat 00:10 radələrində I Köndələn küçəsində 2 nəfər naməlum şəxs taksi kimi fəaliyyət göstərən Bakı şəhər sakini Elnur Yəhyayevlə mübahisə edərək “Hyundai” markalı avtomobili əlindən alıb gediblər. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Vəliyev Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində avtomobillə birlikdə saxlanılımış, cinayətin digər iştirakçı olan Orxan İsmayılzadə isə təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Yasamal RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Olqa Barbakova iyulun 30-da tutulub.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Cavahir Novruzi iyulun 30-da tutulub.