Anasının 8 min pulunu oğurlayıb “Topaz”da uduzdu

anasinin-8-min-pulunu-ogurlayib-topazda-uduzdu
Oxunma sayı: 682

Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 19-dan 29-dək olan müddətdə V. Əliyev küçəsində yaşayan Gülnarə Camalovanın evindən naməlum şəraitdə 8000 manat oğurlanıb. G. Camalova evindən edilmiş oğurluqdan gec xəbər tutsa da, dərhal polisi məlumatlandırıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs müəyyən olunub. Məlum olub ki, oğurluğu törədən ailəyə yad adam deyil, zərərçəkmiş xanımın 17 yaşlı öz oğlu Elnur Məmmədov törədib. Oktyabrın 27-də Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşları tərəfindən E. Məmmədov saxlanılıb.

Faktın özü nə qədər ağır olsa da, E. Məmmədovun ifadəsində “evdən oğurladığım pulları “TOPAZ” tatalizator oyununda uduzmuşam” deməsi hadisənin miqyasını daha böyüdüb.

Əldə etdiyimiz son məlumata görə, ana öz oğlundan şikayətçi deyil. Bu səbəbdən E. Məmmədovun həbs də qalıb-qalmayacağı məlum deyil.