Ancelina Coli Türkiyəyə gəlir

ancelina-coli-turkiyeye-gelir
Oxunma sayı: 824

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Colinin səfərində məqsəd Türkiyədə sığınacaq tapan suriyalılarla görüşməkdir. Məşhur aktrisa bu məqsədlə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Türkiyə ofisi vasitəsilə Hataya getmək tələbini ehtiva edən müraciətini iyunun 14-də Ankaraya ünvanlayıb. Ankara artıq xoşməramlı səfirin istəyinə cavab olaraq aktrisanın viza məsələsini həll edib.

Həyat yoldaşı Bred Piti 2005-ci ildə Pakistan zəlzələsində və 2006-cı ildə Haitiyə səfərində özü aparan Coli Piti Türkiyəyə gətirməyəcək. Colinin səfər tarixi dəqiq bəlli olmasa da, diplomatik mənbələr məşhur ulduzun sabah Türkiyəyə gələcəyini bildiriblər. Xüsusi təyyarə ilə İstanbula gələn Coli BMT-nin nümayəndələri ilə görüşüb Hataya gedəcək.

Nərgiz Ehlamqızı