“Bandotdel”ə qədər gedən müğənnilər barışdı

bandotdele-qeder-geden-mugenniler-barisdi
Oxunma sayı: 645

Gözləmə mövqeyini tutan N.Dostəliyeva bununla bağlı yaxın günlərdə mətbuata açıqlama yayacağını bildirdiyi halda, İlhamə Quliyevanın mətbuat katibi isə vəziyyəti belə şərh etdi:

“Bəli, barışıq oldu. Bu barışıqda məşhur prodüser Tolikin və mətbuat katibi olaraq mənim də rolum var. Bilirsiniz ki, bayramlar ayıdır. Odur ki, iki sənətkarın barışması onları sevənlərin sevincinə səbəb olacaq. Aravuran, bədxah insanları isə təbii ki, bu barışıq məyus edəcək. Qeyd edim ki, İlhamə xanım anası böyük sənətkar, xalq artisti Tükəzban İsmayılovanın anım mərasiminə hazırlaşır. Eyni zamanda, yaxın günlərdə İlhamə xanımın oğlunun toyu baş tutacaq. Odur ki, İlhamə xanım vacib işlərlə məşğuldur və həyatında neqativ halların olmasının tərəfdarı deyil”.

Amma, aldığımız xəbərlərə görə, İlhamə xanım küsülü həmkarını martın 24-də anası Tükəzban İsmayılovanın anım gecəsinə və oğlu Orxanın gələn ay baş tutacaq toyuna hələki dəvət etməsə də, bu dəvətlərin nəzərdə tutulduğu bildirilir. Əlbətdə ki, əgər qarşı tərəfdən dəvət gələrsə N.Dostəliyevanın bu məclislərdə iştirakı istisna edilmir.

Hər halda ortada ölüm-itim söhbəti yoxdursa bu barışığın baş tutacağı realdır. Sadəcə birinin sözü o birisinin boğazından keçməyib. Barışıq öz təsdiqini taparsa bu bayram günlərində lap yerinə düşərdi.

Qeyd edək ki, Tolik dünən öz sosial şəbəkəsində belə bir statusla müraciət etmişdi: “Bəzi ortada gəzən adamcığazlar"a deyirəm ki, arzunuz ürəyinizdə qaldı. Bu gün “Meridian” restoranında İlhamə xanım, oğlu və mətbuat katibi Faiqlə bir yerdə idik. Özüm şahidi oldum, İlhamə xanımla Nazpəri Dostəliyeva telefonla danışdılar və barışdılar”.

Xatırladaq ki, bir neçə həftə əvvəl Nazpəri Dostəliyeva İlhamə Quliyevanın şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) ifadə vermişdi.