Angela Merkel sünnətdən danışdı

angela-merkel-sunnetden-danisdi
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, baş nazir “sünnət qadağası aradan qaldırılmasa ölkəmiz gülüş hədəfinə çevriləcək” açıqlaması verib.

Merkel Xristiyan Demokrat Birliyinin qurultayında bununla bağlı çıxış edib. Lideri olduğu partiyanın təşəbbüsü ilə sabah Federal Məclisdə sünnətlə bağlı xüsusi iclas da təşkil olunacaq. İclasda məclisdə təmsil olunan partiyalar nəzərdə tutulan qanuni tənzimləməylə bağlı fikirlərini açıqlayacaqlar.

Hökumət şərhçisinin verdiyi açıqlamaya uyğun olaraq müxalifətdəki Yaşıllar və Sosial Demokratlar da sünnətə icazə verən qanuni tənzimləmənin gərəkli olduğunu açıqlayıblar.