Bank firmadan 114 min manat tələb edir – Kimdir haqlı?

bank-firmadan-114-min-manat-teleb-edir-kimdir-haqli
Oxunma sayı: 646

Femida.az-ın məlumatına görə, “Deka-Bank” kommersiya bankı ASC “Ülviyyə-89” firmasını məhkəməyə verib.

Məhkəmə iddiasında kredit müqaviləsinə xitam verilməsi və 114.756 manat borcun əmlaka yönəldilməsi tələbi irəli sürülüb.

Sumqayıt yerli İqtisad Məhkəməsi iddianı qismən təmin edib. Sumqayıt Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. İşə hazırda Ali Məhkəmədə baxılır.

Qeyd edək ki, “Deka Bank” Azərbaycanda ilk özəl bank olaraq 1989-ci ildə kooperativ bank kimi fəaliyyətə başlayıb