Bank hesabından oğurluq etdi

bank-hesabindan-ogurluq-etdi
Oxunma sayı: 1027

Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bank hesabından oğurluqla bağlı müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Nəsibovun bank hesabından 523 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Məmmədov tutulub.

Faktla bağlı araşdırmalara başlanıb.