Bank işçiləri korrupsiyada ittiham olundu

bank-iscileri-korrupsiyada-ittiham-olundu
Oxunma sayı: 633

Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluqdan məlumat verilib. Müəyyən edilib ki, qeyd edilən filialın sabiq müdiri Muradov Mirəli Mirhəsən oğlu və digərləri tərəfindən müştərilərdən alınmış kredit ödənişləri bank sisteminə mədaxil edilməmiş, eyni zamanda saxta sənədlər əsasında müxbir olduqları banklardan qanunsuz olaraq kreditlər götürülməklə mənimsənilmişdir.

Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, təşkilat ilə vətəndaş arasında 5.0 min manat məbləğində kredit alınmasına dair bağlanmış kredit müqaviləsi saxta olmaqla həmin sənədə vətəndaş tərəfindən imza edilməyiv. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanan zaman vətəndaş Türkiyə Respublikasında olduğu halda bağlanmış saxta kredit müqaviləsinə əsasən bankdan həmin vətəndaşın adına 5.0 min manat məbləğində pul götürülərək mənimsənilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.