Bank işçisinə 8 il iş verildi

bank-iscisine-8-il-is-verildi
Oxunma sayı: 1873

Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank"ın Nəsimi filialının kredit mütəxəssisi, dələduzluqda təqsirləndirilən Novruz Vəliyevə hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, N.Vəliyev tanışları Kənan Nağıyev və Cavad Cavadovun etibarından sui-istifadə edərək, "forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda onların ümumilikdə 332 min 200 manat pulunu mənimsəyib. "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da zərərçəkən kimi tanınıb. 

Murad Əhməd