Bank jurnalistlər üçün müsabiqə elan etdi

Bank jurnalistlər üçün müsabiqə elan etdi
Oxunma sayı: 236

Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, yazı müsabiqəsi nağdsız ödənişlərin stimullaşdırılması və Pos-terminallardan istifadə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə keçirilir.

“AtaBank” ASC -nin təşkil etdiyi müsabiqədə ən azı bir il müddətində qəzet, jurnal, rortal, informasiya agentlikləri və internet TV-də çalışan jurnalistlər iştirak edə bilərlər. Dərc olunacaq məqalədə və veriləcək süjetdə “AtaBank” ASC tərəfindən elan edilmiş “Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir” müsabiqəsi üçün verilir” qeydi olunmalıdır.

Müsabiqəyə təqdim olunmuş yazıların qalibləri üçün I-III və 3 həvəsləndirici yer təyin olunub. I-ci yerin qalibinə 800 AZN, II-ci yerin qalibinə 400 AZN, III-cü yerin qalibinə 250 AZN və həvəsləndirici yerlərin 3 nəfər qalibinin hər birinə isə 100 AZN pul mükafatı veriləcək.

Yazılar 01 may tarixindən 01 iyul tarixinə qədər qəbul olunacaq. Müsabiqənin nəticələri 15 iyul 2012-ci il tarixində elan olunacaq. Dərc olunacaq yazının həcmi 6 min işarədən, internet TV-də veriləcək süjetin müddəti 10 dəqiqədən az olmamalıdır.

Yazı müsabiqəsində iştirak etmək istəyən jurnalistlər məqalələrini çalışdığı mətbuat orqanında dərc etdirməli və ya internet TV-də işıqlandırmalıdırlar. Müsabiqə yazıları və internet TV süjetləri mayın 01-dən iyulun 01-ə qədər olan müddətdə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 “Üeni Həyat Plaza” mərkəzində yerləşən “AtaHoldinq” ASC-yə İctimayyətlə Əlaqələr şöbəsinin rəisi Dilarə Zamanovaya şəxsən təqdim olunmalıdır.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
qəzetlər və jurnallar üçün;
- yazının dərc olunduğu qəzet -1 nüsxə;
- yazı “Times New Roman” 14 şriftində - 3 nüsxə çar olunmuş və CD diskdə;
İnternet TV-lər üçün;
- Süjet CD diskdə - 3 ədəd.
Agentliklər və portallar üçün;
- Yazının linki CD diskdə və “Times New Roman” 14 şriftində - 3 nüsxə çar olunmuş.
Yuxarıda qeyd olunanlardan əlavə, hər bir yazı müəllifi baş redaktorun imzası ilə və möhürlənmiş şəkildə əmək kitabçasının sürətini təqdim etməlidir.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi