Bank Monitorinqi QHT Koalisiyası yaradıldı

bank-monitorinqi-qht-koalisiyasi-yaradildi
Oxunma sayı: 639

Azad İqtisadiyyata Yardım İctimai Birliyi (Zöhrab İsmayılov), İctimai Vəsaitin Monitorinqi Mərkəzi (Kənan Aslanlı), Aran İnsan Hüquqları Resurs Mərkəzi (Əlibəy Zeynalov), “Yeni Təşəbbüs” Sosial İnkişaf və Maarif İctimai Birliyi (Ləman Babayeva) və İnsan Hüquqları Klubu (Rəsul Cəfərov) təşkilatları tərəfindən Koalisiyanın yaradılması haqqında razılıq əldə edilib. Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayılovun “Qafqazinfo”ya verdiyi məlumata görə, koalisiyanın məqsəd və məramı aşağıdakılardan ibarətdir:

1. BMQ-lərin Azərbaycana ayırdıqları kredit layihələrinə ictimai nəzarət və ictimai iştirakçılıq.

2. Layihələrin həyata keçirilməsi zamanı BMQ-lərin siyasətlərinin reallaşmasının monitorinqi.

3. Kredit layihələrinin həyata keçirilməsi zamanı ətraf mühitə, sosial sahəyə və insan haqlarına təsirlərin minimuma endirilməsinə yardımçı olmaq.

4. BMQ-lərdən alınmış kreditlərin Azərbaycan hökuməti tərəfindən qənaətlə, şəffaf və səmərəli xərclənməsinə, bu sahədəki hesabatlılığın artırılmasına təsir göstərmək.

5. BMQ-lərin fəaliyyətinin izlənməsi üzrə beynəlxalq və regional şəbəkələrdə təmsilçilik.

Beləliklə BMQ-lər tərəfindən Azərbaycana ayrılan kreditlərin şəffaf və səmərəli istifadə olunmasına vətəndaş cəmiyyətinin nəzarətini təmin etməkdir.
Hazırda Bank Monitorinqi QHT Koalisiyasının yaradılması və fəaliyyəti Almaniyanın Fridrix Ebert Fondu (Friedrich Ebert Stiftung) tərəfindən dəstəklənir.

Nigar Məmmədli