Bank müdirinin məhkəməsi təxirə düşdü - Cəza istəniləcəkdi

Bank müdirinin məhkəməsi təxirə düşdü
Oxunma sayı: 1907

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "DəmirBank"ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilməli idi. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə dövlət ittihamçısının çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəməsi gözlənilirdi. Lakin iclas təxirə salınıb. 

Proses martın 30-da davam etdiriləcək. 

İttihama görə,  F.Rəşadətli zərərçəkən Axundova Əzizə Tofiq qızından 1 milyon 255 min dollar alıb. Axundov Bəhruz Həsən oğlundan 800 min manat dollar , Əliyeva Pərvanədən 400 min manat dollar , Axundova Gülnür 300 min dollar, Xəlilova Sevda Rüstəm qızından 300 min dollar, Xəlilova Firəngiz 150 min dollar, Nərgiz Məmmədlidən 150 min dollar, Ruslan Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib. 

"DəmirBank"ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

F.Rəşadətlinin himayəsində 2 azyaşlı uşağı var. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi