Bank müğəninin avtomobilini əlindən aldı

bank-mugeninin-avtomobilini-elinden-aldi
Oxunma sayı: 3358


Bir müddət öncə ana olan müğənni Günel Ələkbərova,idarə etdiyi avtomobilin bank tərəfindən alınması ilə bağlı gəzən xəbərlərə aydınlıq gətirib.
 
“Qafqazinfo”nun məlumatına görə, gecce.az-a açıqlama verən ifaçı bildirib ki, “idarə etdiyim "Toyota Land Cruiser" avtomobilinin ödəməsindən təxminən 7 ay keçmişdi. Bu da  11 min ABŞ dolları edir. Bilirsiniz ki ,bir müddət öncə ana olmuşam. Buna görə də işləmirdim. Həm ailədaxili ,həm də işləyə bilmədiyimdən maddi problemlərim var idi. Ay ərzində bu maşına 1375 dollar ödəyirdim.İndiyə qədər isə 40 min dollara yaxın ödəmə etmişəm.Qayda-qanun hamı üçün eynidir, hərşey qurban olsum qızıma. İşləyəcəm, yenə də alacam. Bank məndən maşın almayıb, mən özüm borcum olduğundan və ödəmə edə bilmədiyimdən aparıb təhvil vermişəm. Bəziləri kimi kimlərinsə hesabına yox, hər zaman nə etmişəmsə də öz hesabıma etmişəm. Dünya malı dünyada qalır. Allahın izni ilə ondan da yaxşısını alaram”.