“Bank Of Azərbaijan”da rəhbər yenilənsə də, köhnə problemlər həll olunmur

bank-of-azerbaijanda-rehber-yenilense-de-kohne-problemler-hell-olunmur
Oxunma sayı: 1829


Jurnalsitin "Qafqazinfo"ya verdiyi məlumata görə, banka qoyduğu əmanətin 27 min manatını, onu da hissə-hissə alıb: "Əvvəlcə söz verdilər ki, mənim və qohumlarımın adına olan əmanəti hissə-hissə, hər gün 6 min manat olmaqla qaytarılacaq. Cəmi bir 3-4 gün bunu əməl etdilər. Ancaq bir neçə gündür ki, ümumiyyətlə, pul ödəmək istəmirlər. Deyirlər ki, bankın rəhbərliyi dəyişib, gözləyin. Mənim və qohumlarımın adına olan 63 min manat əmanət hələ də bankdadır. Bu gün dedilər ki, gələn həftədən pulun verilib-verilməyəcini isə bilmirik, əgər verilərsə 500 manat veriləcək".

Jurnalist Hafiz Məmmədova da səsləndi: "Hafiz Məmmədov bankdan uzaqlaşdırlıb. Amma səhmləri, pulları hələ də ordadır. H.Məmmədov verdiyi müsahibədə deyirdi ki, 41 şirkətim var. Hafiz müəllim, sizin öyünərək dediyiniz 41 şirkətinizin mənim pulumu qaytarmağa gücü çatmırmı? Siz müsahibənizdə "dostlarımdan biri" ifadəsini işlətmişdiniz. Əgər həqiqətən siz mənim pulumu qaytaracaq imkanda deyilsinizsə, o zaman həmin dostlarınıza deyin mənim pulumu qaytarsın. Hafiz müəllim, mən sizdən fərqli olaraq, dövlətimə pulumla yox, canımla xidmət etmişəm və sağlamlığımı itirmişəm. Xidmətlərimi də sizlərə sadalayan deyiləm. Bilirəm ki, bankdan kənarlaşdırılmısız. Amma onu da dəqiq bilirəm ki, mənim pulumun qaytarılmamasının birbaşa səbəbkarı sizsiz. Əvvəl məni sizin adınızla hədələyirdilər, indi də başqa variantlara əl atırlar". 

Jurnalist "Bank of Azerbaijan"ın Müşahidə Şurasının yeni sədri Mehman İsmayılova da müraciət etdi: "Mehman müəllim, xahiş edirəm, mənim pulumu qaytarın. Bankdan hər gün müxtəlif bəhanələrlə aldadılıb geri qaytarılmağımız heç bir qanuni çərçivəyə sığmır. Bu açıq-aşkar vətəndaşları dolamaq, onların hissləri ilə oynamaq və qanunları tapdalamaqdır. Mən mətbuat konfransı keçirib bu məsələni yüksək səviyyədə şişirtmək istəmirəm. Mən ilkin olaraq hələ ki, səmimi addımlarla pulumu bankdan çıxarmaq istəyirəm. Məni dolamaq, aldatmaq lazım deyil. Əks təqdirdə, pulumu almaq üçün bütün hüququ, eyni zamanda qeyri-hüququ addımları atmağa məcbur olacam.