Bank of Baku-dan 0% komissiya ilə Biznes Krediti!

bank-of-baku-dan-0-komissiya-ile-biznes-krediti
Oxunma sayı: 1134

Kiçik və orta sahibkarlığın inkişafına hər zaman öz dəstəyini göstərən Bank of Baku sahibkarlar və iş adamları üçün yeni bir kampaniyaya start verir.

"Qafqazinfo" xəbər verir ki, biznesini inkifaş etdirmək istəyən şəxslər Bank of Baku-ya müraciət etməklə 300.000 AZN-dək Biznes kreditini 0% bank komissiyası ilə, yəni nağdlaşdırma və rəsmiləşdirmə üçün əlavə vəsait ödəmədən əldə edə bilərlər.

Qeyd edək ki, Bank of Baku Biznes kreditlərini indi daha sərfəli şərtlərlə, illik faiz dərəcəsinə tətbiq etdiyi endirimlərlə təklif edir. Belə ki, kampaniyadan yararlanmaq istəyən şəxslər 300.000 manatadək krediti illik 23%-dən başlayan faiz dərəcəsi ilə 36 ayadək əldə edə bilərlər.

Bank of Baku-nun elan etdiyi Biznes krediti kampaniyasından 06 oktyabr tarixinə qədər Bankın həm yeni, həm də təkrar müştəriləri faydalana biləcəklər.

Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq öyrənmək olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku