“Bank of Baku”-dan yenilənmiş virtual kart: - banka gəlmədən 24/7 rejmində əldə edin!

bank-of-baku-dan-yenilenmis-virtual-kart
Oxunma sayı: 2130


Əvvəlcədən ödənilmiş virtual kart – material daşıyıcısı olmayan, lakin VİSA və MasterCard ödəmə sistemlərinin keçərli olduğu internet saytlarında alış-veriş kartıdır.

Virtual kartı əldə etmək üçün banka baş çəkib debet kart almağa və heç bir sənədin doldurulmasına ehtiyac yoxdur.

Virtual kartı istənilən vaxt “Bank of Baku”-nun ödəniş terminalları vasitəsi ilə əldə oluna bilər. Müştəri sadəcə olaraq mobil telefon nömrəsini və yerləşdirəcəyi məbləği terminalın monitoruna daxil edir.

Əvvəlcədən ödənilmiş virtual kart :

* Müddət: 3 ay

* Komissiya: 3 AZN

* Maksimal məbləg:150 AZN(komissiya xaric)

Əməliyyatın sonunda kart rekvizitlərinin bir hissəsi müştəriyə çekdə təqdim olunur, digər hissəsi isə müştərinin qeyd etdiyi mobil telefonuna SMS-lə daxil olur.

Virtual kartın sahibi internetdə alış-veriş edərkən aşağıdakı məlumatı daxil etməlidir:

-Çekdə əks olunmuş 16 rəqəmli kodu

-SMS-lə daxil olmuş 3 rəqəmli CVV kodu və kartın bitmə tarixi

Virtual kartı ilə əməliyyatlar kifayət qədər rahat, təhlükəsiz və sadədir.

“Bank of Baku”-nun ödəniş terminallırının ünvanları burada: http://www.bankofbaku.com/az/filials-and-atms/terminals/

 Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.facebook.com/bankofbaku

 www.bankofbaku.com