“Bank of Baku” “Лидер” pul köçürmə sisteminə qoşuldu!

bank-of-baku-pul-kocurme-sistemine-qosuldu
Oxunma sayı: 1044


Müştərilər vəsaitlərini rus rublu, ABŞ dolları və avroda köçürə bilərlər.

Misal üçün, əgər müştəri 100.000 rubl və ya 3.000 ABŞ dolları/avroya qədər vəsait köçürürsə, məbləğin cəmi 1,5%-i həcmində komissiya tutulacaq.

“Лидер” təcili pul köçürmə sistemi sərfəli tarifləri, çevikliyi və xidmətlərinin yüksək keyfiyyəti ilə seçilir. Pul köçürmə əməliyyatı üçün rəsmiləşdirmə isə sadəliyi ilə seçilir. 2003-cü ildən fəaliyyət göstərən “Лидер” təcili pul köçürmə sistemi dünyanın 132 ölkəsini əhatə edir.

“Лидер” təcili pul köçürmə sistemi ilə vəsait köçürmək üçün “Bank of Baku”-nun istənilən filialına müraciət etmək tələb edilir. Filialların tam siyahısı və ünvanları burada:  http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/

Xatırladaq ki, “Bank of Baku”-nun təcili pul köçürmə xidmətlərindən yararlanmış müştərilərə bonus kartlar verilir. Bu kartların sahibləri köçürülən vəsaitin 0,20%-dək bonus qazanır və yığılan bonusun məbləği 5 AZN-dən artıq olduqda həmin bonusları nağdlaşdıra bilir.

Hal-hazırda “Bank of Baku” “Caspian Money Transfer”, “Contact”, “Western Union” və “Monex” təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq edir.

Daha ətraflı: 145 Məlumat Mərkəzi və ya  https://www.facebook.com/bankofbaku