“Bank of Baku” və Bakcell-dən yenilik

bank-of-baku-ve-bakcell-den-yenilik
Oxunma sayı: 1043


“Qafqazinfo”nun məlumatına görə, “Bank of Baku” və “Bakcell” yeni, müştərək layihəyə start verirlər. “Ulduzum” layihəsi çərçivəsində Bakcell-in Cin abunəçiləri sərfəli şərtlərlə “Bank of Baku”-nun məhsul və xidmətlərindən faydalana bilərlər.

Bu layihəyə qoşulmaq üçün sadəcə “bank” yazıb SMS ilə 5555 nömrəsinə göndərmək kifayətdir. “Bank of Baku”-nun nümayəndələri müştəri ilə qısa zamanda əlaqə saxlayacaq və Banka dəvət edəcək. “Ulduzum” proqramının üzvü olan Bakcell abunəçiləri “Bank of Baku”-da krediti NÖVBƏSİZ əldə edə biləcəklər. Üstəlik kredit və ya Bolkart rəsmiləşdirən müştəriyə 60 dəqiqəlik mobil danışıq hədiyyə olunacaq.

Beləliklə, layihə çərçivəsində mobil operator abunəçiləri sərfəli kredit rəsmiləşdirə, kredit kartlar əldə edə və digər kredit məhsullarından bəhrələnə bilərlər.