“Bank of Baku” və www.gomap.az saytından texnoloji yenilik

bank-of-baku-ve-wwwgomapaz-saytindan-texnoloji-yenilik
Oxunma sayı: 1093


Bankçılıq sahəsində innovasiyalara böyük önəm verən “Bank of Baku” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin layihəsi www.gomap.az onlayn naviqatoru ilə birgə yeni layihəsini təqdim edir. www.gomap.az dünyaca məşhur olan onlayn xəritə sistemlərinə bənzər onlayn naviqasiya xidmətlərini göstərir. Sayt nəinki bu və ya digər obyekt və küçənin harada yerləşdiyini göstərir, birbaşa öz yerini təyin etmək xüsusiyyəti, mobil versiyadan yararlanmaq, hətta turist marşrutlarını və müəssisələrin geniş kataloqunu da nəzərdən keçirməyə imkan verir.

Gomap.az naviqatoru ilə birgə əməkdaşlıq nəticəsində, ilk dəfə olaraq saytda məhz “Bank of Baku”-ya özəl www.gomap.az/bankofbaku/  linki altında xüsusi səhifə yaradılmışdır. Bu səhifəyə daxil olaraq Azərbaycanın xəritəsində “Bank of Baku”-nun bütün filial, bankomat və terminallarının dəqiq coğrafi mövqeyi ilə ətraflı tanış olmaq mümkündür. Xəritədəki bankın loqosunu klik etməklə isə istifadəçilər filialın, bankomatın və terminalların dəqiq ünvanını, həmin ünvana çatmaq üçün istifadə edə biləcəkləri ictimai nəqliyyat haqqında da məlumat əldə edəcəklər.

İstifadəçilərin rahatlığı məqsədilə www.gomap.az/bankofbaku/ səhifəsində sol tərəfdə 3 kateqoriyadan ibarət (filiallar, bankomatlar və ödəniş terminallar) xüsusi filtr hazırlanmışdır. Bu və ya digər kateqoriyanı seçməklə xəritədə Azərbaycan üzrə bütün siyahını nəzərdən keçirmək olar. Onlayn naviqarot habelə axtarışın sadələşdirilmiş üsulunu da təqdim edir: bu və ya digər filialın adını axtarış pəncərəsində qeyd etməklə, dərhal onun ünvanını görmək olar.

Bank yeniliklərinə xüsusi əhəmiyyət verən “Bank of Baku”  müştəriləri məmun edəcək yeni xidmət və məhsullar üzərində işini davam etdirir.