Bank rəhbəri yenidən hakim qarşısında

Bank rəhbəri yenidən hakim qarşısında
Oxunma sayı: 1163

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AtraBank”ın İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Firkət Qəribovun icraatında olan prosesdə ifadə verən şahidlər bildiriblər ki, tanışları Əkbər Məmmədovun xahişi ilə öz adlarına kredit götürüb onun özünə veriblər.

Bu yolla "Qaradağ Maşınqayırma Zavodu"nun rəhbəri Asif Bədəlovun adına 390 min dollar, İnşallah Camalovun adına 600 min dollar, "Polad" MTK-nın rəhbəri Faiq Bədəlovun adına 255 min dollar götürülüb.

Onlar kreditin Ə.Məmmədovun tərəfindən ödəniləcəyini bildiriblər. Hakim isə deyib ki, ötən iclasda Əkbər Məmmədov ifadə verərək kreditləri ödəmədiyini bildirib: “Adınıza götürülən kreditləri özünüz ödəməlisiniz, məhkəmə bununla bağlı qərar çıxaracaq”.

Tikinti materiallarının alqı-satqısı firmasının sahibi Ağamirzə Arazov isə iş yoldaşı Rəşad Gərayzadənin xahişi ilə “AtraBank”dan adına 1 milyon dollar kredit götürülüb və ikinci müqavilədə pulun R.Gərayzadənin bankda olan depozit hesabında ödənilməsi barədə razılığa gəliblər.

Proses mayın 23-də davam etdiriləcək.

İttihama görə, E.Nəbiyev 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmaqda eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməkdə təqsirləndirilir.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi