Bank rəhbərləri operativ iclasa çağırıldı - Rüstəmov tərəfindən

Bank rəhbərləri operativ iclasa çağırıldı
Oxunma sayı: 4660

Azərbaycanda bütün bankların rəhbərlərinin fövqəladə iclası çağırılıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı ötən gün Mərkəzi Bankın sədri Elman Rüstəmovun imzası ilə banklara məktub daxil olub. Toplantıda müzakirə olunacaq məsələlərlə bağlı hələ ki, ictimaiyyətə məlumat verilmir.

Ancaq iclasda ölkə başçısının Nazirlər Kabinetinin iclasında banklarla bağlı səsləndirdiyi tənqidi fikirlərin, dolların alış qiymətinin aşağı salınması, Dövlət Neft Fondu tərəfindən Mərkəzi Banka ilk dəfə ediləcək transfert və.s kimi aktual məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, toplantı yaxın saatlarda başlayacaq.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi