Bank Respublika yubiley kartlarını istifadəyə verdi

bank-respublika-yubiley-kartlarini-istifadeye-verdi
Oxunma sayı: 1241

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Bank Respublika məhdud sayda yubiley kartlarını istifadəyə verib.

“Qafqazinfo” xəbər veri ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə, Bank Respublika MasterCard Gold və MasterCard Platinum yubiley kartlarını təqdim etdi. Yubiley kartları eksklüziv dizaynda və 2.000 ədəd olmaqla məhdud sayda buraxılıb.

* Bank Respublika ADR-in 100 illiyi münasibətilə yeni məhsul buraxdı

* Bank Respublika ADR-in 100 illiyi münasibətilə 2 yeni kart təqdim etdi

* “Bank Respublika”dan məhdud sayda yeni kartlar!

* ADR-in 100 illiyi münasibətilə “Bank Respublika”dan növbəti aksiya

Kartın məxsusi dizaynında əks olunan Azərbaycanın tarixi xəritəsi və bank tərəfindən Cümhiriyyətin 100 illiyi münasibətilə tərtib edilmiş loqotip - şərəfli tariximizə böyük önəm verilməsi haqqında xəbər verir. Yeni bank kartları qızılı və gümüşü rəng tonlarında GoldvəPlatinum kartlarına uyğun hazırlanıb.

Azərbaycan Respublikasının hər bir vətəndaşı bayram kartlarını bankın istənilən filialında sifariş edə bilər. Yubiley kartları MasterCard GoldMasterCard Platinum kartlarının standart rəsmiləşdirmə şərtləri ilə verilir.

Təqdim edilən kartlar kolleksiya tirajında istifadəyə verilir, bu isə o deməkdir ki, əlavə istehsalı nəzərdə tutulmayıb. Beləliklə, Cümhuriyyətin 100 illiyi şərəfinə hazırlanmış unikal kartları bu gündən etibarən əldə etmək mümkün olacaq.

Daha ətraflı məlumatı bankın rəsmi saytından, Facebook səhifəsindən və ya 144 nömrəsinə zəng etməklə əladə etmək olar.