Bank Respublikadan növbəti xeyirxah təşəbbüs!

bank-respublikadan-novbeti-xeyirxah-tesebbus
Oxunma sayı: 3353

Mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramında insanlar xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, kəsdikləri qurbanlardan onlara pay verirlər. Qarşıdan gələn bayramla əlaqədar “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə növbəti sosial aksiya həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bankın əməkdaşları Ağcəbədi rayonunda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan uşaqları bayram münasibətilə təbrik edib və bank tərəfindən hazlırlanmış bayram sovqatlarını ailələrə təqdim edib.

Tədbirdə qeyd edilib ki, müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bu bayramın əsas mahiyyəti kəsilmiş qurbanlıq heyvanların ətini imkansızlarla bölüşmək, onları sevindirməkdi. Bayram tədbiri mərkəzin xüsusi qayğıya ehtiyacı olan uşaqların ifasında gözəl rəqs nömrələri və səhnəciklərdən ibarət musiqili proqramı ilə davam edib.

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində Bank, bundan sonra da müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.