Bank sektorunda kütləvi ixtisarlar...

bank-sektorunda-kutlevi-ixtisarlar
Oxunma sayı: 2663



Azərbaycan banklar tərəfindən verilən istehlak kreditlərinin faiz dərəcələri azalmır. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bunun üçün bir sıra tədbirlər həyata keçirərək, banklara tövsiyyələr verir. Çünki kredit qoyuluşu portfelində bahalı istehlak kreditlərin riskli həddə çatması problemli kreditlərin həcminin artmasına rəvac verir. Problemin həlli üçün avtokreditlərin dayandırılması və arayışsız kredit verilişlərinin məhudlaşdırılması bu sahədə atılan addımlardan idi. Bundan əvvəl isə AMB depozilərin sığoratlanması üçün faiz dərəcələrini aşağı saldı, kreditdlər yenə də ucuzlaşmadı.  

İqtisadçı-ekspert Samir Əliyev «Bizim Yol»a şərhində bildirdi ki, son bir-iki ildə istehlak kreditdlərində ucuzlaşma meyilləri hiss edilirdi. Çünki əvvəllər kiçik istehlak kreditlərinin verilməsinə məhz kiçik banklar maraq göstərirdi. «O zaman risklər artdı ki, böyük bankların da portfelində istehlak kreditlərinin həcmi böyüdü. Bu, bazarda görünməyən bir rəqabət yaratdı. Nəticədə arayışsız kreditlər verildi, habelə faiz dərəcələri 1-2 faiz bənddə də olsa aşağı düşdü və müəyyən ucuzlaşma baş verdi. Azərbaycan Mərkəzi Bankının son addımı-avtokreditlərin dayandırılması, arayışsız kreditlərin verilməsinə məhdudiyyətin qoyması, rəqabət mühitinin müəyyən qədər pozulmasına gətirib çıxardı. Bu qərarların banklara zərbə vuracağını bildirmişik. Rəsmi açıqlamalarda AMB-ın banklara yönəltdiyi sözügedən tövsiyyələrin istehlak kreditlərinin ucuzlaşdıracağı barədə səslənən fikirləri bölüşmürəm».
S.Əliyevə görə, ucuzlaşma o zaman baş verə bilər ki, arayışla bağlı sərtləşdirilən tələb aradan qaldırılsın: «Çünku bu qərar müştərilərin sayını azaldacaq. Nə vəziyyət yaranıb: istehlak krediti verən bankların sayı çoxdur, amma bu vəsaitə əli çatan müştərilərin sayı isə azalır. Artıq banklar tərəfindən hər bir müştəri üzərində rəqabət yaranacaq. Bu zaman böyük banklar faiz dərəcələrini aşağı salmaqla kiçik bankları sıradan çıxaracaq. Uzun müddətli dövr üçün sözügedən addımlar banklar üçün problemlər yaradacaq». 

İqtisadçı deyir ki, proseslər bank sektoruda iki mühüm dəyişikiklərin baş verməsinə nədən olacaq; birinci, bank filiallarının bağlanılması, ikinci, iş yerlərinin sayının azalılması: «Yaxın iki-üç aydan sonra banklar ixtisarlara getmək məcburiyyətinə qalacaq. Buna səbəb istehlak kreditlərinin məhdudlaşması və müştərilərin sayının azalmasıdır. İndiyədək müştərilərin sayının çox olması bankları əlavə işçilər götürməyə məcbur edirdi. Portfelində istehlak kreditləri olan banklarda isə ixtisarlar daha kütləvi ola bilər. Xüsusilə, avtokreditlərin dayandırılması prosesə bir qədər də təkan verəcək. 

Digər bir təsir bankların filiallarının bağlanmasında özünü göstərəcək. Bu proses Bakı və Bakıətrafı qəsəbələrdə baş verəcək. Çünki kredit qoyuluşunun cəmi 5 faizi regionlardakı filialların payına düşür. Onlar da çox böyük zərərlə işləyir. Bu baxımdan istehlak kreditlərlərində yaradılan məhdudiyyətlər onların işinə böyük təsir göstərməyəcək.

Əsasən, paytaxtdakı filiaların bağlanılması gözlənilir. Çünki istehlak kreditlərinin məhdudlaşması bankların gəlirlərini azaldacaq. Banklar da itmiş gəliri bərpa etmək üçün əməliyyat xərclərini azaltmağa çalışacaq. Əgər filialların sayı azalacaqsa, bu kreditləşmənin azalması ilə deyil, onların saxlanılması xərclərinin azaldılması ilə əlaqədar olacaq. Artıq dünyada da filialların sayının azalması prosesi gedir. Daha çox elektron xidmətdən istifadə edirlər. Vətəndaşlar mobil internet üzərindən öz hesablarını idarə edə bilirlər. Azərbaycanda da yaxın gələcəkdə filialların regionallaşması prosesi gedəcək. Yəni banklar iqtisadi rayonlar üzrə filial açacaqlar».