“Bank Standard” “SmartBank” internet-bançılıq xidmətini istifadəyə verdi!

bank-standard-smartbank-internet-banciliq-xidmetini-istifadeye-verdi-
Oxunma sayı: 1509



Artıq bir dəfə “SmartBank” xidmətinə qoşulmaqla “Bank Standard” müştəriləri öz dəyərli vaxtlarına qənaət edərək bütün bank əməliyyatlarını digər işlərindən ayrılmadan operativ şəkildə yerinə yetirə biləcəklər. 

 “SmartBank” xidməti dünyanın istənilən nöqtəsindən müştərilərə ən uyğun olan vaxtda bütün bank əməliyyatlarını həyata keçirmək imkanı yaradır. Bunun üçün sadəcə əlinizin altında fərdi komputerin və ya smartfonun və  İnternet çıxışınızın olması kifayətdir. 24 saat aktiv olan “SmartBank” xidmətilə Siz hesablarınızı, kartlarınızı, əmanətlərinizi, köçürmə və ödənişlərinizi idarə edə biləcəksiniz.

“SmartBank”ın maraqlı həllərindən biri də şablonlar yarada bilmək imkanıdır. Öncədən yaradılan şablonlar vasitəsilə ödənişlər təyin edilmiş müddətə görə avtomatik olaraq həyata keçirilir. Üstəlik bu şablonları birdəfəlik və ya daimi əsaslar üzrə işlətmək mümkündür. 

“Smart Bank” xidməti “Bank Standard”ın bütün yeni və mövcud müştəriləri üçün nəzərdə tutulub. Xidmətdən istifadəni aktivləşdirmək üçün bankın Azərbaycan prospekti 4. ünvanında yerləşən baş ofisinə yaxınlaşmağınız kifayətdir. Həmçinin “SmartBank”a www.smartbank.az saytı vasitəsilə və ya App Store və Google Play-dən proqramı pulsuz yükləyərək daxil ola bilərsiniz.

Daha ətraflı məlumatı www.bankstandard.com rəsmi saytımızdan və ya 158 qısa nömrəsinə zəng vurmaqla əldə edə bilərsiniz.