Bank VTB avtokreditlər: - "Bank komissiyasına YOX deyək!"

bank-vtb-avtokreditler-
Oxunma sayı: 2312


Yeni aksiyanın şərtlərinə əsasən, minimal sayda sənəd təqdim etməklə, habelə  komissiya tutulmadan və bankın standart şərtlərindən fərqlənən faiz dərəcələri ilə avtomobil əldə etmək mümkündür. 

Beləliklə, avtomobil əldə etmək arzusunda olan hər kəs şəxsiyyəti və sürücülük hüququnu təsdiq edən sənədlər əsasında 15 dəqiqə ərzində illik faiz dərəcəsi 15%-dan başlayaraq avtokredit əldə edə bilər.

Aksiya 31 iyul 2014-cü ilədək davam edəcəkdir. Avtokrediti bankın istənilən filialında rəsmiləşdirmək mümkündür. Bu zaman ilkin ödəniş 40 faizdən başlayır. 

Bank VTB (Azərbaycan) ASC-nin Pərakəndə biznes idarəsinin rəisi Tural Vəliyev: ““Bank komissiyasına YOX deyək!” aksiyası “AvtoEkspress” krediti üzrə, avtomobil əldə etmək arzusunda olan hər kəs üçün nəzərdə tutulmuşdur. Hazırda biz əsas avtokreditor lardan biriyik və ölkənin əsas avtosalonları ilə işləyirik. Gələcəkdə biz müvafiq aksiyaları pərakəndə biznesin digər məhsullar üzrə də keçirmək niyyətindəyik”.