Bank VTB (Azərbaycan) ASC-nin çağrı mərkəzi 60 mindən artıq müraciətə cavab verib

bank-vtb-azerbaycan-asc-nin-cagri-merkezi-60-minden-artiq-muraciete-cavab-verib
Oxunma sayı: 1518


Belə ki, 2012-ci ilin oktyabrından fəaliyyət göstərən mərkəzdə 52 804 zəng, bankın rəsmi saytında olan onlayn-məsləhət xidməti vasitəsilə 9 080 müraciət və 1469 onlayn-ərizə qeydə alınıb.

Çağrı mərkəzi, daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən (30 günədək) müştərilərlə işləyir, müştərilərə kreditlərin ödənişini xatırladır və müştəriləri ad günləri münasibətilə təbrik edir. Bundan başqa, mərkəzdə “zəng sifarişi” xidməti də fəaliyyət göstərir: bankın saytında öz telefon nömrəsini yerləşdirmiş müştərilərə çağrı mərkəzinin mütəxəssisi tərəfindən zəng vurulur və məsləhət xidməti göstərilir. Xidmətin keyfiyyətini nizamlamaq və yaxşılaşdırmaq üçün çağrı mərkəzi müştərilər arasında fəal sorğu aparır.

Bank VTB (Azərbaycan) ASC-nin çağrı mərkəzinin rəisi Ayaz Əhmədov qeyd edib ki, mərkəz bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərir. “Keyfiyyətli xidmət – razı müştəri!” şüarını əsas tutaraq, biz müştərilərə yüksək səviyyəli xidmət göstərməyə çalışırıq”, - deyə Əhmədov əlavə edib.