Bank VTB (Azərbaycan) ASC-nin “Sahil” filialının açılışı olub- - Fotolar

bank-vtb-azerbaycan-asc-nin-sahil-filialinin-acilisi-olub-
Oxunma sayı: 2187



Filialın açılış mərasimində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, həmçinin bankın səhmdarları: VTB Qrupun və “AtaHolding” ASC-nin nümayəndələri iştirak ediblər. 

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryomin jurnalistlərə açıqlamasında bildirib ki, bu, Bakı şəhərində yeddinci satış nöqtəsidir:

“Bizim cari ildə böyük planlarımız var. Ümid edirik ki, yaxın iki, maksimum üç ay ərzində daha altı filial açılacaq. Belə ki, artıq altı yerdə təmir işləri aparılır. Biz həmçinin, paytaxt ərazisindən kənara çıxaraq, regionlarda, Sumqayıt, Gəncə, Xırdalan şəhərlərində filiallar açmağı nəzərdə tutmuşuq. “Sahil” filialı əhalinin sıx olduğu ərazidə yerləşir. Ümid edirik ki, bu da digərləri kimi tez zamanda gəlirli filiallarımızdan birinə çevriləcək”.