Bank VTB (Azərbaycan) “İdeyalar Bankı” müsabiqəsinin qalibini təbrik edib

bank-vtb-azerbaycan-ideyalar-banki-musabiqesinin-qalibini-tebrik-edib
Oxunma sayı: 831



Bank VTB (Azərbaycan) ASC-nin Şəbəkənin İnkişafı İdarəsinin rəisi Toğrul Əliyev müsabiqənin qalibini təbrik etmişdir. İlham Qafarova pul mükafatı və xatirə hədiyyələri təqdim olunub.

İlham Qafarov bank reklamının istehlakçıya uyğun şəkildə fərdi adaptasiyası üzrə təqdim etdiyi layihə ilə “Qızıl İdeya” nominasiyasında digər müsabiqə iştiraçılarından seçilmişdir. İdeya daxili bazarda reklam siyasətinin səmərəliliyinin artırılmasına yönəldilmişdir. Layihənin gerçəkləşməsi çarpaz satışların artırılmasını nəzərdə tutur.

Toğrul Əliyev bank rəhbərliyinin müvafiq aksiyaların keçirilməsində maraqlı olduğunu bildirmişdir. Belə ki, bu cür tədbirlər işin səmərəliliyini artırır, ən qabaqcıl təcrübənin və yeni məhsulların tətbiqi prosesində müştərilərlə əks əlaqəni təmin edir.

Xatırladaq ki, “İdeyalar Bankı” müsabiqəsi üç ay davam etmişdir. Layihədə iştirak etmək istəyənlər öz ideyalarını [email protected] elektron ünvanına göndəriblər.