Bank VTB (Azərbaycan)nin “İdeyalar Bankı” müsabiqəsi başa çatır

bank-vtb-azerbaycannin-ideyalar-banki-musabiqesi-basa-catir
Oxunma sayı: 889


Layihədə arzu edən hər kəs iştirak edə bilər. Maraqlı ideyalar təklif edən iştirakçılara Bank tərəfindən pul mükafatları təqdim olunacaq. Mükafat fondu “Orijinal ideya”, “İnnovativ ideya” və “Qızıl ideya” nominasiyaları üzrə paylaşdırılıb.

Xatırladaq ki, layihədə iştirak etmək üçün aşağıda qeyd olunmuş mövzular üzrə ideyaları [email protected] elektron ünvanına göndərmək lazımdır:

bankda müştərilərə göstərilən xidmətin sürətini artırmaq üçün gərəkli addımlar;

məhsulların çeşidinin artırılması;

bankda xidmətin keyfiyyətinin yaxşılaşdırılması.

mövcud proses və texnologiyaların optimallaşdırılması və yaxud yenilərinin yaradılması vasitəsilə bankın fəaliyyətinin səmərəliliyini artırmaq 

“İdeyalar Bankı” müsabiqəsinin 50-dən artıq iştirakçısı öz ideyalarını Bank VTB-yə (Azərbaycan) göndərib. Layihənin bəzi iştirakçıları eyni zamanda bir neçə bank məhsulu üzrə təkliflər paketini göndərirlər.

Müvafiq layihələr bank xidmətlərinin aktiv istifadəçiləri ilə əks əlaqənin vacibliyini bir daha sübut edir.