Bank VTB hesabat verdi

bank-vtb-hesabat-verdi
Oxunma sayı: 644


"Qafqazinfo" xəbər verir ki, əhalinin əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90%-dan çox artaraq 6,3 mln manata çatıb.

Bankın aktivləri iki dəfə artaraq 229,699 mln manata çatıb. Bankın məcmu kapitalı 47,837 mln manat olub. Gəlirlər 2,5 dəfə artaraq 20, 257 mln manata çatmış, bu zaman faiz gəlirlərinin artımı 167%, qeyri-faiz gəlirlərinin artımı isə 23 % olub. 

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə departamentinin direktoru İlqar Novruzov: “Bizim kreditləşmə bazarında mövqeyimiz möhkəmdir və cari ilin birinci yarısının göstəriciləri buna sübutdur. Həmçinin, korporativ kreditləşmə sahəsində də mövqelərimizi gücləndirmişik. Biz həmişəki kimi kiçik və orta biznes seqmenti ilə aktiv işi davam etdiririk. Bu da öz növbəsində ölkənin iqtisadiyyat sahələrinin inkişafında müsbət təsirə malikdir”.