Bank VTB-nin yeni filialının açılışı olacaq

bank-vtb-nin-yeni-filialinin-acilisi-olacaq
Oxunma sayı: 988


Filialın açılış mərasimində VTB (Rusiya) qrupunun və Bank VTB (Azərbaycan) ASC-nin baş ofisinin nümayəndələri, həmçinin “AtaHolding”in rəsmi təmsilçiləri iştirak edəcəklər.  

Yeni filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunacaq. Belə ki, “Əhmədli” filialında müştərilərə depozitlərin yerləşdirilməsi, kreditləşmə üzrə xidmətlər, valyuta dəyişmə əməliyyatları, plastik kart və təcili pul köçürmə əməliyyatları üzrə xidmətlər göstəriləcək.     

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryonim: “Biz 2014-cü ildə 10 yeni filial açmağı planlaşdırırıq, 2015-ci ildə isə onların sayını 26-ya çatdırılacaq. Beləliklə, biz üç il ərzində geniş filial şəbəkəsi olan bankların TOR-siyahısına daxil olmaq niyyətindəyik. Bütün filiallar nəqliyyat baxımından müştərilər üçün maksimum əlverişli olan ərazilərdə yerləşəcək.”