Bank yarmaq üçün 6 ay tunel qazdılar

Bank yarmaq üçün 6 ay tunel qazdılar
Oxunma sayı: 1835

Keniyanın Tika şəhərində bankı yarmaq istəyən oğrular maraqlı yola əl atıblar.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, soyğunçular yarım il tunel qazıblar. Lakin onlar arzularına çata bilməyiblər.

Məlumata əsasən, bankın binası polis məntəqəsinin qarşısında olsada heç kim şübhəli nəsə hiss etməyib. Polisləri hadisə yerinə yanıq iysi hiss edən bankın meneceri çağırıb.

Təhlükəsizlik xidmətinin əməkdaşları 3 nəfər oğrunu saxlayıblar.

Bank nümayəndəsinin sözlərinə görə, polislər bankın binasının yanındakı binanı yoxlayarkən orada tunel aşkar ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi