Banka borcunu ödəyə bimədiyi üçün özünü bıçaqladı

banka-borcunu-odeye-bimediyi-ucun-ozunu-bicaqladi
Oxunma sayı: 1241

 

“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Faiq Yusifov qarın nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Polis əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum olub ki, F. Yusifovun banklardan birinə borcu olub, iyunun 3-də ödəniş etməli imiş. İmkanı olmadığından ödənişi edə bilməyən F. Yusifov əsəbiləşib və bıçaqla özünə xəsarət yetirib.

 

F. Yusifovun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.