Banka məxsus maşını oğurladı

banka-mexsus-masini-ogurladi
Oxunma sayı: 1555

Noyabrın 6-da Quba Rayonunda banklardan birinə məxsus “Lada Priora” markalı nəqliyyat vasitəsi qaçırılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avtomobili saxta dövlət qeydiyyat nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən edilib. B.Bağırov qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tərəfindən B.Bağırovun başqa cinayət hadisələrində iştirakı məsələsi araşdırılır.