Bankda pulu olanlara şad xəbər - Müddət 1 il də uzadıldı

bankda-pulu-olanlara-sad-xeber
Oxunma sayı: 4412

“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən qanun 2016-cı ildə qəbul olunub və sənəddə göstərilir ki, əmanətlər 3 il müddətinə tam sığortalanır. Həmin müddət martın 4-də bitəcəyinə görə, onun daha 1 il uzadılması təklif olunur. 

Təklif səsə qoyularaq qəbul edilib və beləliklə də əmanətlərin tam sığortalanmasının müddəti bir il daha artırılıb.

 Günel Türksoy