Bankın binası 750 min manata satışa çıxarıldı

Bankın binası 750 min manata satışa çıxarıldı
Oxunma sayı: 3606

Azərbaycanda bağlanan 6 bankın əmlakı satışa çıxarılır.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, fond Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard”, “Texnikabank”, “Zaminbank”, “Dekabank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı”nın balansındakı daşınar və daşınmaz əmlakları 45 lot üzrə satışa çıxarır.

7 lot üzrə əmlak birinci dəfə, 17 lot - ikinci dəfə, 10 lot - üçünçü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

Hərraclar 16 iyul, 30 iyul və 6 avqust 2018-ci il tarixlərində keçiriləcək.

Hərrac açıq formada Xammal və Əmtəə Birjasında, Bakı, İ.Hidayətzadə küç., 156 (20A), 1933-cü məh. ünvanında keçiriləcək.
Satışa çıxarılanlar arasında “Mercedess”, “Cadillac”, “Hunday”, “Subaru” markalı maşınlar, bankomatlar, ofis mebeli, bank avadanlıqları, daşınmaz əmlak var.

Qeyd edək ki, “Bank Standard”ın Quba şəhəri, Natəvan küçəsində yerləşən  ümumi sahəsi 759  kv.m olan 3 mərtəbəbəli binası 750 min manata, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 5 nömrəli binada 3 otaqlı mənzil isə 280 min manata satışa çıxarılıb. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi