ABŞ-da həbs olunan “Halk Bank”ın idarə heyətnin baş icraçı direktorunun müavini Mehmet Hakan Atilla sərbəst buraxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, o, bu gün səhər saatlarında azadlığa buraxılıb. Yaxın günlərdə Türkiyəyə göndəriləcək.
Xatırladaq ki, Hakan Atilla 2017-ci il 27 mart tarixində Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda saxlanılaraq həbs edilmişdi. O, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda, ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Zərrabla və başqaları ilə sövdələşməyə girərək, fırıldaqçı qızıl və ərzaq alqı-satqısı vasitəsilə İrana köməklik göstərməkdə ittiham olunaraq barəsində 32 ay müddətinə həbs qərarı çıxarılmışdı.
Rza Zərrab məhkəmədə Atillanın əleyhinə ifadə vermişdi.