Banklar böhrandan çıxış yolu tapdı

banklar-bohrandan-cixis-yolu-tapdi
Oxunma sayı: 3519



“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, artıq bəzi banklar problemdən çıxış üçün 3 üsul tətbiq edirlər 

1) Bank işçiləri əvvəllər bankdan kredit götürən şəxslərin siyahısına yenidən nəzər salır. Krediti vaxtlı-vaxtında ödəyib başa çatdıran şəxslərə yenidən müraciət edirlər. Bildirirlər ki, həmin şəxslər yenidən kredit götürə bilərlər. 

2) Banklar bır sıra kartlarını müştərilərə təqdim edirlər. 

3) Bank işçiləri məktəblərə gedir, müəllimlər üçün əlverişli kredit şərtlərinin olduğunu bildirirlər. 

Qeyd edək ki, bu ildən banklarda artıq avtomobil kreditləşməsi də dayanıb. Bundan sonra bəzi bankların öz filiallarını bağlamaq barədə qərar verdikləri də bildirilir. 

Günel