Banklar iqtisadiyyatın inkişafına 15,5 milyard manat vəsait ayırıb

banklar-iqtisadiyyatin-inkisafina-155-milyard-manat-vesait-ayirib
Oxunma sayı: 1137



“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, fevralın 1-dək ölkənin bank-kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 15,5 milyard manat məbləğində kredit vəsaitləri yönəldilib.

Kredit qoyuluşunun 33,9 faizi dövlət, 62,8 faizi banklar, 3,3 faizi bank olmayan digər kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.

Ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 815,1 milyon manat olub.