Banklarda əhalinin əmanətləri nə qədərdir?

banklarda-ehalinin-emanetleri-ne-qederdir
Oxunma sayı: 641

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30,101.1 milyon, cəmi öhdəlikləri 27,342.2 milyon manat təşkil etmişdir. Sektorun balans kapitalı 2,758.8 milyon manatdır. Əhalinin əmanətləri 6,820.1 milyon manat həcmindədir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2,476-dır. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edir.